Odur ki, növbəti günlərdə hər birimiz maksimum diqqətli olmalı, ehtiyatı əldən verməməliyik. Xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik.
Xalqın birliyindən qorxan qüvvələr var
Şəymən Bayramova
09:47 17.07.2020
Gündəm
937
Amma bu güclərin təxribatçı hərəkətləri nəticə verməyəcək
Düşmənin əsas məqsədlərindən biri Azərbaycandakı sabitliyi pozmaq, ölkəni vətəndaş müharibəsinə sürükləməkdir. İyulun 14-də Bakıda keçirilən orduya dəstək yürüşündən sui-istifadə edib təxribat törədənlərin də əsas hədəfi məhz erməni maraqlarının müdafiəsinə hesablanmışdı. Lakin vəziyyətin nəzarətdən çıxdığını görən polis bütün qanuni vasitələrdən istifadə edərək təxribata cəhd edən iğtişaşçıları hadisə yerindən uzaqlaşdırıb.
Odur ki, növbəti günlərdə hər birimiz maksimum diqqətli olmalı, ehtiyatı əldən verməməliyik. Xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik.
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan general- mayor Polad Həşimovu qarşılamaq üçün Sumqayıta toplaşan izdihamın arasında millət vəkili Müşfiq Məmmədli də vardı.
Bu barədə "Şərq"ə açıqlama verən deputat deyib ki, əsgərləri ilə bərabər ön cəbhədə savaşaraq bu millət, bu Vətən üçün şəhid olan general mayor Polad Həşimovun və digər şəhidlərimizin şəhadəti insanları üzməklə yanaşı qürurlandırdı. Və eyni zamanda vətəndaşlarımızın dövlətimizə və ordumuza möhtəşəm dəstəyi gücümüzə güc qatdı:
"Yürüş günü şəhid generalımızla vidalaşa bilmək üçün hər kəs bir araya gəldi, polislərimizlə, dövlət və hökumət nümayəndələri ilə bərabər bu böyük qəhrəmanla son görüşə getdik. Tutduğu vəzifədən, kimliyindən asılı olmayaraq hər kəsin bir olması əslində dövlətlə millətin birliyinin bariz nümunəsi idi. Bütün dünyaya bir daha aydın oldu ki, bu birliyin gücü istənilən an işğal altındakı torpaqları azad etmək əzmindədir! Bu birlikdən qorxan bəzi qüvvələrin təxribatçı hərəkətləri isə heç bir nəticə verməyəcək. Heç bir təxribatçı qüvvə bu birliyi poza bilməyəcək!
Milli Məclis Azərbaycan Vətəndaşının azad iradəsi ilə seçilmiş vəkillərin təmsil olunduğu dövlət qurumudur. Bu binanın hər daşında tariximizin izləri vardır. Millətin təmsil olunduğu dövlət qurumuna, tarixinə uzadılan əl kəsilməli, təxribatçılar qanunvericiliyə uyğun şəkildə cəzalandırılmalıdır. Azərbaycan xalqı üçün həssas olan Qarabağ məsələsində dövlət və millət birliyinə xələl gətirməyə kimsəyə izn verilməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm