Xamenei etirazçılara müraciət etdi

İranın ali rəhbəri Əli Xamenei ölkədə baş verən etirazlar fonunda gənclərə müraciət edərək onları birlik və hazırlığa çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

"Tehran və digər bölgələrdə bir qrup vandallar ölkəyə aid bir binanı dağıdıb. Vandallar binanı və ya divarı dağıdaraq xarici dövlət liderlərinin açıqlamalarına uyğun hərəkət etdiklərini göstərməyə çalışıblar. Bəzi şəxslər və etirazçılar xarici ölkələrə ümidlərini bağlayıblar. İranın gəncləri, birlik və hazırlığı qoruyun. Bir millət birlikdə olduqda hər hansı düşməni dəf edə bilər",- Əli Xamenei vurğulayıb.

O, əlavə edib ki, xaricdən verilən çağırışlar yerli problemləri həll etmir və hər kəs öz ölkəsində baş verən hadisələrlə məşğul olmalıdır.