Xamenei ilə bağlı açıqlama: Ya bu ölkəyə qaçacaq, ya da...

“Sizin dövrünüzdə ən böyük mükafat ayətullahın (Əli Xemenei) rəhbərlik etdiyi İran rejiminin devrilməsi olardı, o, amansız dini diktatordur, ya öldürüləcək, ya da Moskvaya qaçacaq”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin respublikaçı senatoru Lindsi Qrem Prezident Trampa müraciətində deyib.

“Ağ Evdə kimlərsə Xameneinin nüvə ambisiyalarından əl çəkməyə dair razılaşmaya sadiq qalacağını düşünürsə, sadəlövhdür. Tramp isə sadəlövhlük etmir”, - o bildirib.

Qrem həmçinin ABŞ demokratlarına müraciətində İranda hakimiyyətə iddialı, ölkənin sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləviyə də diqqət çəkib:

“İranda şahzadə kimi bizimlə dost olmaq istəyən insanlar var, amma bu proses Trampın dövründə baş verə bilər deyə, bu hərəkatı gözdən salırsınız. Minlərlə insan həyatını itirir”.