ABŞ və İsrail İrana hücum edir. İran mediasının məlumatına görə, prezident sarayının ətrafına və ali dini lider Ayətullah Əli Xameneinin iqamətgahının yaxınlığına yeddi raket düşüb.
Sherg.az xəbər verir ki, İsrail və ABŞ İran ərazisinə qarşı koordinasiyalı əməliyyat həyata keçirir. Paytaxt Tehran və ölkənin bir çox böyük şəhərində güclü partlayış səsləri eşidilir.
İranın Tasnim xəbər agentliyinin məlumatına əsasən, hücumlar zamanı prezident sarayının ətrafı və Ayətullah Əli Xameneinin iqamətgahının yaxınlığı yeddi raket zərbəsinə məruz qalıb.
İran Səhiyyə Nazirliyi xəstəxanaların yüksək hazırlıq vəziyyətinə gətirildiyini bildirib və yaralıların sayı dəqiqləşdirildikdən sonra açıqlanacağını qeyd edib.