Xarici Kəşfiyyat Xidməti: Rusiyaya qarşı sanksiyalar Ermənistan üçün risklər yaradacaq

Ermənistan Xarici Kəşfiyyat Xidməti Rusiya ilə Ukrayna arasında davam edən münaqişənin 2026-cı ildə sabit və uzunmüddətli həllini mümkünsüz hesab edir.

APA “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Xarici Kəşfiyyat Xidmətinin hesabatında deyilir.

Hesabatda o da bildirilib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ən azı əhəmiyyətli bir hissəsinin qüvvədə qalacağı ehtimal olunur ki, bu da ikinci dərəcəli iqtisadi sanksiyalar da daxil olmaqla, Ermənistan iqtisadiyyatı üçün risklər yaratmağa davam edəcək.