XII Qlobal Bakı Forumu çərçivəsində növbəti panel müzakirəsi keçirilib
Yusif Nəzərli
09:56 15.03.2025
Gündəm
355
XII Qlobal Bakı Forumu çərçivəsində "Gender - Təhlükəsizlik - İqlim Bağlantısı" adlı panel müzakirə keçirilib.
APA xəbər verir ki, panel müzakirədə çıxış edən Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa deyib ki, iqlim dəyişikliyi dünyada qadınları böyük risk altında qoyur.
O qeyd edib ki, COP29-da da bu məsələlərə toxunulub: “Dünyada baş verən hadisələr, iqlim dəyişikliyi problemləri qadınları daha çox riskə məruz qoyur və bu problemlərin həlli hələ ki sual altındadır”.
Yunanıstanın sabiq Baş naziri George Papandreu çıxışında gender bərabərliyinin əhəmiyyətindən bəhs edib:
“Ətraf mühitin qorunmasında, iqlim dəyişikliyi ilə mübarizədə qadınların təkcə icma, yox həm də dövlət səviyyəsində fəaliyyətini təmin etmək vacibdir”.
Misirin İnsan Hüquqları üzrə Milli Şurasının Prezidenti, sabiq ailə və əhali naziri Muşirə Xəttab çıxışında insan hüquqlarının qorunmasının dünyada dayanıqlı sülhün bərqərar olmasında rolunun əhəmiyyətindən, su çatışmazlığı problemlərindən bəhs edib.
“İnsan hüquqlarına hörmət prinsipi həmişə prioritet olmalıdır. Avropa İttifaqı insan hüquqlarının müdafiəsi sahəsində də dünya ölkələri ilə əməkdaşlıq etməyə çalışır. BMT-nin Baş Məclisinin Fələstin və İsrail dövlətlərinin qurulmasında çoxtərəflilik prinsipi izlənilmir. İnsan hüquqlarının müdafiəsi təmin edilmədən, ədalət olmadan nəinki İsrail və ya Fələstində, bütün dünyada sülhdən söhbət gedə bilməz”, - o qeyd edib.
Liviyanın Avropa İttifaqındakı sabiq səfiri Farida Allaqi isə bildirib ki, rəhbər vəzifələrdə qadınlara yer verilməlidir.
Panel sülh, gender problemləri, iqlim dəyişikliyi ilə mübarizə, insan hüquqları, müharibə zonalarında qadın və uşaqların müdafiəsi kimi məsələlər ətrafında müzakirələrlə başa çatıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm