XII Qlobal Bakı Forumunun açılış mərasimi keçirilib - YENİLƏNİB
Yusif Nəzərli
08:20 13.03.2025
Gündəm
590
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimi keçirilib.
Sherg.az-ın xəbərinə görə, Prezident İlham Əliyev açılış mərasimində iştirak və çıxış edib.
Albaniya Respublikasının Prezidenti Bayram Beqay bildirib ki, çağırışlar yeni dünya düzəni üçün sınaqdır, təhlükəsizliyi sarsıdır: “Bizə münaqişələrin həll olunduğu dünya lazımdır”.
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova qeyd edib ki, qütbləşmə dünyada təhlükəsizliyi sarsıdır.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç qeyd edib ki, qarşılıqlı dialoq yolu ilə problemlərimizi həll edə, inkişaf edə bilərik: “Bu Forum problemlərimizi səsləndirmək üçün bir platformadır”.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Dr. Tedros Adhanom Qebreyesus ÜST –ün xəstəliklərin yayılmasının qarşısının alınmasında ölkələrə dəstək verdiyini nəzərə çatdırıb, ABŞ-ın ÜST-dən çıxmasının mənfi nəticələrə yol açacağını bildirib.
BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos bildirib ki, sülhü bir gündə bərpa etmək mümkün deyil, finişə çatmaq üçün davamlı səy lazımdır.
BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya hesab edir ki, dünya düzəni ilə əlaqədar əməkdaşlıq dərinləşməlidir, məhz bu halda çağırışları qarşılaya, problemləri həll edə bilərik.
Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol deyib ki, son illər baş verənlər fonunda hər kəs bir daha gördü ki, Azərbaycan etibarlı və etimad doğuran bir tərəfdaşdır.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın keçmiş Prezidenti Vayra Vike-Freyberqa bu Forumun keçirilməsi təşəbbüsünə və bu təşəbbüsün davam etməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib, Qlobal Bakı Forumuna diqqət artmaqda olduğunu vurğulayıb: “Bu gün məlumatın artması dövründə yaşayırıq. Ancaq bu, həm də məlumatlardan manipulyasiya aləti kimi istifadə etmək cəhdlərini artırır”.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldin Qlobal Bakı Forumunun hər zaman rasional arqumentlərin irəli sürülməsi ilə yadda qaldığını nəzərə çatdırıb.
Bununla da Forumun açılış mərasimi başa çatıb.
10:04
***
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan XII Qlobal Bakı Forumunun açılış mərasimi başlayıb.
Sherg.az-ın xəbərinə görə, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media