XİN başçıları regional və beynəlxalq prosesləri müzakirə ediblər

Xarici işlər naziri Ceyhun Bayramov Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə ikitərəfli əməkdaşlıq, regional və beynəlxalq prosesləri, o cümlədən Vaşinqtonda keçirilmiş Sülh Şurasının ilk iclasını müzakirə edib.

APA xəbər verir ki, bu barədə pakistanlı diplomat "X" hesabında yazıb.

Nazirlər qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə sıx koordinasiyanın davam etdirilməsi barədə razılığa gəliblər.