XİN: Türkiyə dövlətinə və xalqına dərin hüznlə başsağlığı veririk

"Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərindən kədərləndirdi".

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" hesabında paylaşım edib.

"Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik. Qardaş Türkiyə dövlətinə və xalqına bu faciə ilə əlaqədar dərin hüznlə başsağlığı veririk", - paylaşımda bildirilib.

Qeyd edək ki, hadisə bu gün İzmirin Bozköy məhəlləsində fəaliyyət göstərən "HABAŞ Demir Çelik A.Ş." müəssisəsində saat 12:00 radələrində qeydə alınıb. Partlayışda 10 nəfər həyatını itirib, 15 nəfər yaralanıb. Xəsarət alanlardan 4-nün vəziyyəti ağırdır.