Xocalı ilə bağlı Quterreşə məktub göndərildi
Yusif Nəzərli
16:37 26.02.2025
Gündəm
439
Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb.
Sherg.az xəbər verir ki, məktubda 33 il əvvəl Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ən böyük soyqırımının törədildiyi, bir gecədə Xocalı şəhərinin işğal edilərək, 613 dinc sakinin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qocanın qətlə yetirildiyi bildirilib. Qeyd olunub ki, həmin gün daha min Xocalı sakini yaralanıb, 1275 nəfər girov götürülüb, 150 nəfər isə itkin düşüb.
Məktubda vurğulanıb ki, bir sıra beynəlxalq təşkilatlar, milli parlamentlər, tanınmış beynəlxalq hüquqşünaslar, xarici jurnalistlər, insan haqları müdafiəçiləri və beynəlxalq qeyri-hökumət təşkilatları Xocalıdakı qətliamı soyqırımı aktı və ya insanlığa qarşı cinayət kimi pisləyiblər.
Təcavüzün səbəb və nəticələrinin ümumi qiymətləndirilməsi və mövcud sübutlar aydın göstərir ki, Xocalıda törədilmiş cinayətlər tək-tək və ya təsadüfi deyil, geniş və sistemli şəkildə etnik və dini nifrət və dözümsüzlük zəminində törədilən vəhşilik siyasətinin tərkib hissəsidir. Bundan başqa, hərbi məqsədlərə nail olmaq üçün təcavüzkar tərəfindən Azərbaycanın dinc əhalisinin qanunsuz şəkildə hədəfə alınması, girovların götürülməsi və saxlanması, əsirlərə və mülki məhbuslara qarşı pis rəftar və onların qısa müddətdə edam edilməsi, etnik təmizləmə, Azərbaycanın yaşayış məntəqələrinin geniş şəkildə dağıdılması, dinc əhaliyə divan tutulması, mədəni və dini irsin məhv edilməsi kimi qadağan olunmuş müharibə üsulları və vasitələrindən istifadə edilib”, - deyə məktubda bildirilib.
Həmçinin Azərbaycanın 2020-ci ilin dördüncü rübündə və 2023-cü ilin sentyabrında həyata keçirdiyi əks-hücum əməliyyatı və lokal antiterror tədbirlərindən bəhs edilib, bunun nəticəsində Azərbaycan ərazilərinin qanunsuz işğalına son qoyulduğu, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərpasının təmin edildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, 2020-ci ilin noyabrında münaqişə başa çatdıqdan sonra həmin ərazilərdə, o cümlədən Xocalıda 600-dən çox insanın cəsədlərinin olduğu 18 kütləvi məzarlıq aşkar edilib.
“Hüquqi aspektə gəlincə, dövlətlərin ən ağır cinayətləri törədənləri cəzalandırmaq öhdəliyi müvafiq beynəlxalq sənədlərdə, o cümlədən Baş Assambleya və Təhlükəsizlik Şurası tərəfindən dəfələrlə təsdiqlənib. Azərbaycan milli qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə tam uyğun olaraq, beynəlxalq humanitar hüququn və insan hüquqlarının ciddi pozuntularını araşdırmaq və mühakimə etmək üçün qətiyyətli addımlar atıb. Bununla belə, cinayətkarların əksəriyyəti Ermənistanda və digər ölkələrdə təhlükəsiz sığınacaq taparaq, cəzasız qalmağa davam edirlər. Onların törətdiyi cinayətlərin inkar edilməsi və məlumatsızlıq, o cümlədən müxtəlif siyasi üsullarla, kütləvi informasiya vasitələrində, parlamentlərdə və beynəlxalq qurumlarda qarayaxma kampaniyaları ilə Azərbaycana mane olmaq cəhdləri beynəlxalq hüquqa və qanunun aliliyinə açıq-aşkar hörmətsizlik təşkil edir, regionda davamlı sülhün təmin olunmasına təhlükə yaradır. Ciddi qanun pozuntularına görə məsuliyyətə cəlb etmək vacibdir və qaçınılmaz olmalıdır. Azərbaycan öz xalqına qarşı törədilmiş vəhşilikləri heç vaxt unutmayacaq və ədalətin təmin edilməsi, o cümlədən regionda sülhün və sabitliyin qurulması, davamlılığı və möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcək”, - deyə məktubda bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media