Xocalı soyqırımının qurbanları Parisdə yad edilib
Yusif Nəzərli
17:44 26.02.2025
Gündəm
466
Azərbaycanın Fransadakı səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilən anım tədbiri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tanınmış rəssam Rövşən Nurun Xocalı soyqırımına həsr edilmiş əsərlərinin sərgiləndiyi tədbirdə Fransadakı diplomatik nümayəndəliklərin üzvləri, diaspor fəalları, yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Xocalı soyqırımı barədə tədbir iştirakçılarına məlumat verib, bu qətliamın Ermənistan silahlı qüvvələri tərəfindən törədilən insanlıq əleyhinə cinayət aktı və soyqırımı olduğunu, cinayəti törədənlərin hüquq qarşısında cavab verəcəklərini vurğulayıb.
“Bu gün Xocalı şəhəri azaddır, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz Azərbaycanın ərazi bütövlüyünü tam təmin edib. Xocalı sakinlərinin öz evlərinə geri qayıtdığının, şəhərin yenidən canlandığının şahidi oluruq. Eyni zamanda, Xocalı qətliamının yaddaşlarda qalması çox vacibdir, bu bizim borcumuzdur. Bu dəhşətli cinayəti yalnız Azərbaycan deyil, beynəlxalq ictimaiyyət unutmamalıdır ki, gələcəkdə bu kimi hallar təkrarlanmasın”, - deyə L.Abdullayeva bildirib.
Səfir Xocalı soyqırımını törədənlərin ədalət məhkəməsi qarşısına çıxarılmaları üçün dövlətimizin beynəlxalq hüquq çərçivəsində atdığı addımların nəticə verəcəyinə əminliyini ifadə edib.
Tədbirdə Xocalı soyqırımının şahidi, o qanlı gecəni 14 yaşlı gənc kimi xatırlayan, hazırda Fransada yaşayan Şahsuvar Mirzayev çıxış edib. Dəhşətli gecədə yaşananları, öz gözləri ilə gördüklərini tədbir iştirakçıları ilə bölüşən Ş.Mirzayevin şahidlik ifadəsi iştirakçıları təsirləndirib. Öz növbəsində rəssam Rövşən Nur Azərbaycan xalqının qan yaddaşına daxil olan Xocalı soyqırımına həsr etdiyi bir çox əsərin ilk dəfə olaraq Parisdə sərgiləndiyini vurğulayıb. O, Azərbaycan haqqında həqiqətləri rəssam boyası ilə dünyanın müxtəlif ölkələrində təqdim etməyi özünə borc bildiyini qeyd edib.
Tədbir çərçivəsində Fransada təhsil alan azərbaycanlı musiqiçi Ağarəhim Quliyev Xocalı qurbanlarının əziz xatirəsi üçün milli musiqimizi ifa edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media