Xocavənd şəhəri və kəndinə ilk köç karvanları yola salınıb

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 50 ailə -194 nəfər, Xocavənd kəndinə isə 20 ailə - 94 nəfər köçürülüb.

Xocavənd şəhərinə və Xocavənd kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.