Xudatyan: “Tramp Marşrutu”nun tikintisini iki ölkə həyata keçirəcək

“TRIPP və ya “Tramp Marşrutu” layihəsinin həyata keçirilməsində heç bir risk görmürük”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan deyib.

O əlavə edib ki, bu risklər mövcud olsa belə, onları idarə etmək mümkün olacaq, hazırda isə heç bir risk yoxdur.

Nazir xatırladıb ki, TRIPP-lə əlaqədar ABŞ-nin 74, Ermənistanın isə 26 faiz paya sahib olduğu şirkət yaradılıb.

“Tikinti işlərini bu şirkət həyata keçirəcək”, - Xudatyan qeyd edib.