
Ya kilsə hökuməti, ya da hökumət kilsəni yıxacaq - TƏHLİL
02:52 22.08.2025
Gündəm
373
Nikol Paşinyanın yaxın zamanlarda kilsə üzərində yenidən və həlledici hücuma keçəcəyi şübhəsizdir
Bir müddət əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanla erməni Apostol kilsəsi arasında baş qaldıran amansız qarşıdurma son günlər demək olar, tamamilə gündəmdən çıxıb. Erməni mətbuatının yazdığına görə, kilsəyə savaş açan Nikol Paşinyan hazırda bundan sonra nə edəcəyini bilmir. Hətta Paşinyanın Kilsə rəhbərliyindən üzr istədiyi də iddia olunur. "Hraparak" nəşri yazıb ki, Paşinyan kilsəyə qarşı düşmən mövqeyindən geri çəkilməyib, sadəcə olaraq bəzi suallara cavab tapa bilmir və bundan sonra nə edəcəyini müəyyənləşdirməyib.
Bundan əvvəl Paşinyan Eçmiədzindəki meydanda böyük aksiya keçirəcəyini və hərəkata şəxsən rəhbərlik edəcəyini vəd etmişdi. Onun bu planı iyulun 27-də Vardavar bayramı günü həyata keçirməli idi. Lakin bu baş vermədi. Qəzet yazıb ki, daha sonra Vaşinqton görüşləri ilə bağlı hərəkətlənmə başladı və Paşinyanın başı bu məsələyə qarışdı. Bu baxımdan hələlik Kilsəyə ayıracaq vaxt yoxdur.

Politoloq Zeynal Əmrəliyev Sherg.az-a deyib ki, əslində, Paşinyan-Kilsə mübarizəsində Azərbaycan və Türkiyə amili sadəcə Kilsənin bəhanəsidir. Ekspertin sözlərinə görə, 2018-ci ildə Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra mövcud hökumətin köhnə qaydaları dəyişdirmək cəhdi Kilsə tərəfindən xoş qarşılanmadı:
"Bu, Kilsənin erməni cəmiyyətindəki gücündən məhrum olması anlamına gəlirdi. Buna görə də Kilsə Paşinyanın Qarabağ məsələsi ilə bağlı siyasətini tənqid edərək ona qarşı güc nümayişi həyata keçirirdi. Hazırda Paşinyan üçün Kilsə ilə mübarizə olduqca riskli addımdır. Rusiya ilə Ermənistanın münasibətlərində soyuqluq müşahidə edilir. Vaşinqton görüşündən sonra rəsmi Moskva Ermənistanı tənqid edən açıqlamalarla çıxış edir və təzyiq vasitəsi kimi Ermənistandakı Rusiya qoşunlarını göstərir. Buna görə də rəsmi İrəvan Moskvaya bağlı 5-ci kolonla maksimum qarşı-qarşıya gəlməməyə çalışır".
Z.Əmrəliyevə görə, maraqlı olan odur ki, Paşinyanın Qərblə yaxınlaşdığı və Vaşinqtona getdiyi ərəfədə II Qaragen də ABŞ-yə gedib:
"Görünür, Kilsə rəhbəri hökumətə qarşı mübarizədə diasporun yardımına ümid bəsləyir. Həm Rusiyanın baş verəcək proseslərə müdaxiləsini minimuma endirmək, həm də diaspordan gələcək təzyiqi önləmək üçün hökumət Vardavar bayramında planlaşdırılan aksiyanı təxirə saldı. Nikol Paşinyanın yaxın zamanlarda kilsə üzərində yenidən və həlledici hücuma keçəcəyi şübhəsizdir. İstənilən halda, Ermənistanda yaxın gələcəkdə ya kilsənin hökuməti, ya da hökumətin kilsənin yıxacağı gözləniləndir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya