Yollar buz bağlayacaq, qar yağacaq: Şəhərdə kompleks tədbirlərə ehtiyac var
Şəymən Bayramova
11:50 06.02.2020
Gündəm
1116
Azərbaycanda qar yağacaq, yollar buz bağlayacaq. Uzun müddət davam edən qeyri-adi isti hava şəraitindən sonra, soyuq arktik hava kütlələri ölkə ərazisinə keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin açıqlamasına görə, fevralın 7-si axşamdan başlayaraq Bakıda şimal-qərb küləyinin üstünlük təşkil edəcəyi, fevralın 8-i səhərədək küləyin sürətinin 30-35 m/s-dək artacağı gözlənilir. Fevralın 9-da havanın temperaturunun aşağı düşməsi fonunda yağış, bəzi yerlərdə sulu qar və qar yağacaq. Xüsusilə dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Qış bitmək üzrədir, Bakıda hətta gecələr də mənfi temperatur qeydə alınmır. Bu tendensiya son bir neçə ildir müşahidə olunur.
Bəs görəsən, qışa hazırlıq üçün görülən tədbirlər necə təşkil olunmalıdır?
Sualımızı cavablandıran Sosial-Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, ekspert İlqar Hüseynli “Şərq”ə bildirib ki, bu sahədə kompleks tədbirlərin görülməsinə ehtiyac var:
“Hər il qış gəlməzdən əvvəl böyük şəhərlərdə və paytaxtlarda təhlükəsizlik, nəqliyyatın intensiv hərəkətinin təmin edilməsi məqsədi ilə qışa hazırlıq dövrü başlayır. Düzdür, Azərbaycanda sərt, qarlı qış çox nadir hallarda müşahidə olunur. Amma istənilən halda əvvəlcədən müəyyən hazırlıq işləri mütləq görülməlidir. Qışa hazırlıq işləri görərkən ilk növbədə şəhərin ümumi relyefi və coğrafi şərait nəzərə alınmalıdır. Məsələn, şəhərin Yasamal rayonu və Binəqədi ərazilərində hündürlük fərqi var. Həmçinin sürüşmə ehtimalı daha çox olan hündür ərazilərdə bu işlər daha da gücləndirilməlidir. Ümumiyyətlə, götürdükdə, qışa hazırlıq dedikdə, bütün işlər kompleks şəkildə həyata keçirilməlidir. Qış aylarında ən böyük problem kommunal məsələlər ilə bağlı olur. İstilik sisteminin təminatı ilə əlaqədar hazırlıq mərhələlərinə start verilməlidir. Əhalinin rahatlığını təmin etmək məqsədilə istilik sistemlərində olan nasazlıqlar əvvəlcədən aradan qaldırılmalı, istixanalar artıq qaydaya salınmalıdır. Bütün bunlar kompleks tədbirlər planı tələb edir. Nəqliyyatın intensiv hərəkətinin təmin olunması baxımından müəyyən məsələlər var ki, öz həllini tapmalıdır. Qışa hazırlıq prosesi elə şəkildə təşkil olunmalıdır ki, vətəndaşların sosial qayğıları qış aylarında minimuma ensin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya