Gürcüstanda fəaliyyət göstərən "Savaneti", "Dila", "Koda" və "Kumisi" şirkətləri istehsal etdikləri yumurtaların qiymətini 5% endirəcəklərini açıqlayıb.
24News.ge xəbər verir ki, şirkətlər bu qərarın Baş nazirin irəli sürdüyü təşəbbüsə əsasən qəbul edildiyini bildiriblər.
Şirkətlər, bu qərarın marjalarla bağlı müəyyən risklər daşıdığını və məhsulun qiymətində il ərzində kiçik dəyişikliklərin baş verə biləcəyini qeyd edirlər. Lakin, dünya bazarındakı xammal qiymətlərinə bağlı olan bu risklərin idarə edilməsi və balanslaşdırılması mümkün olacaq.
Assosiasiyanın üzvü olan şirkətlər, həmçinin, hökumətin "pərakəndə" sektorla fəal əməkdaşlıq etməsini və qiymət artımlarını azaltma istiqamətindəki fəaliyyətini dəstəklədiklərini bildiriblər. Onlar, bazarda stabil və ədalətli qiymətlərin formalaşmasına kömək etməyə və ölkə əhalisinin sosial vəziyyətini yaxşılaşdırmağa hazır olduqlarını vurğulayıblar.
Xatırladaq ki, Baş nazir İrakli Kobaxidze 2025-ci ilin 24 dekabrında bəyan edib ki, Gürcüstanın qida məhsulları ilə Avropa arasındakı qiymət fərqi, distribütor şirkətləri və marketlərin yüksək qiymət marjaları ilə əlaqədardır. Bu fərq, Gürcüstan sərhədindən satış nöqtələrinə qədər ortalama 86% təşkil edir.