Zahid Oruc STM-in ləğvindən DANIŞDI

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili ilə bağlı Fərman imzalayıb.

Bakıvaxtı.az məsələ ilə bağlı sözügedən qurumun rəhbəri, deputat Zahid Orucla əlaqə saxlayıb.

Z. Oruc bildirib ki, hazırda ölkədə aparılan institusional islahatlar dövlət idarəçiliyinin modernləşdirilməsinin əsas istiqamətini təşkil edir. Onun sözlərinə görə, imzalanan fərman da məhz bu islahatlar çərçivəsində atılan növbəti addımdır:

“Hazırda ölkəmizdə institusional dəyişikliklər gündəmin prioritetini təşkil edir. Dövlət başçısının imzaladığı fərman da bu prosesi əks etdirir. Bu səbəbdən Sosial Tədqiqatlar Mərkəzinin digər qurumla birləşdirilməsi və bundan irəli gələn tədbirlər həyata keçirilir. Dövlət başçısının qərarları hüquqi əhəmiyyət daşıyır və onlar şərh oluna bilməz”.

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi 11 fevral 2019-cu ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılıb və ləğv edilənədək quruma Milli Məclisin deputatı Zahid Oruc rəhbərlik edib.