Zakir Həsənov: “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
08:37 30.05.2020
Gündəm
707
Mayın 30-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib.
APA-nın məlumatına görə, Müdafiə naziri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin öz çıxışında ordu quruculuğu məsələsinə xüsusi önəm verməsi, ordumuzun istənilən vəzifəni icra edə biləcəyini vurğulaması Azərbaycan Ordusunun döyüş qabiliyyətinə verilən ən yüksək qiymətdir və bu, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini, eləcə də döyüş əzmini daha da artırıb.
Nazir bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanının bu fikirləri ordunun komandir-rəis heyəti üçün əmrdir və şəxsi heyət torpaqlarımızın azad olunması məqsədilə düşmənə bütün istiqamətlərdə sarsıdıcı zərbələr endirməyə hazır olmalıdır. Düşmən tərəfi anlamalıdır ki, bu dəfə görüləcək tədbirlər 2016-cı ilin aprelindən tam fərqli olacaq, vurulacaq zərər isə ümumilikdə onun siyasi, iqtisadi və hərbi tənəzzülünə gətirib çıxaracaq.
Bir neçə gün əvvəl sona çatmış genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin nəticələrini yüksək qiymətləndirən Müdafiə naziri əsas diqqətin şəxsi heyətin və hərbi idarəetmə orqanlarının peşəkarlıq səviyyəsinin artırılmasına, döyüş texnikasının və digər hərbi vasitələrin praktiki tətbiqinə yönəldiyini qeyd edib. O, bildirib ki, təlimlərdə qoşunlar məqsədlərə tam nail olub, şəxsi heyət döyüş əməliyyatlarının aparılması üzrə praktiki təcrübə və vərdişlər əldə edib, eləcə də səhra şəraitində yüksək bacarıq nümayiş etdirib.
General-polkovnik Z.Həsənov təlim mərkəzlərində və poliqonlarda səhra şəraitində şəxsi heyətlə keçirilən döyüş hazırlığı, praktiki atış və müxtəlif döyüş texnikalarının idarəolunması üzrə intensiv məşğələlərin keyfiyyətinin daha da artırılmasını tələb edib.
Azərbaycan Ordusunun uğurlarının təməlində duran amillərdən birinin də şəxsi heyətin ideoloji hazırlığının yüksək və mənəvi-psixoloji cəhətdən güclü olduğunu qeyd edən Müdafiə naziri Ali Baş Komandanın tövsiyələrinə müvafiq olaraq bu istiqamətdə fəaliyyətlərin daha da genişləndirilməsi və təsirliyinin artırılmasının vacibliyini xüsusi vurğulayıb.
Müdafiə naziri bildirib: “Şəxsi heyətlə aparılan ideoloji işin müsbət nəticəsidir ki, düşmən və ona dəstək verən bəzi qüvvələr tərəfindən Ordumuza qarşı aparılan kampaniyalar heç bir nəticə vermir və verməyəcək. Əminik ki, cənab Prezidentin və dövlətin dəstəyi, eyni zamanda vətənpərvər qüvvələrin səyi nəticəsində Azərbaycan əsgərinə qarşı yönələn düşmən niyyətlər ifşa olunacaq, bu aksiyalarda iştirak edənlər qanun çərçivəsində məsuliyyətə cəlb olunacaqlar”.
Müdafiə naziri diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində bu gün Azərbaycan Ordusunun hərbi-texniki potensialı xeyli yüksəlib. Bölmələrimizin Türkiyə, Fransa, İspaniya, İtaliya, İsrail, Rusiya, Belarus və hərbi sənayesi inkişaf etmiş digər ölkələrdən müasir silah və hərbi texnikalar ilə mütəmadi olaraq təchiz edilməsi ordumuzun maddi-texniki təminat baxımından düşməndən xeyli üstün olduğunu nümayiş etdirir.
Nazir müasir texniki vasitələrin tətbiqi ilə düşmən müdafiəsinin dərinliyində aktiv kəşfiyyat fəaliyyətinin davam etdirilməsi, döyüş növbətçiliyinin aparılması şəraitinin təkmilləşdirilməsi, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, döyüş və səfərbərlik hazırlığının yüksəldilməsi, hərbi qulluqçuların tibbi təminatı və bir sıra digər məsələlərlə bağlı vəzifəli şəxslərə konkret göstərişlər verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi
AKP Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
11:19 08.11.2026
Siyasət