"Zəhər" yeyirik, amma səsimiz çıxmır - AKTUAL
Məlahət Rzayeva
11:40 30.11.2019
Gündəm
820
Son bir həftədə zəhərlənmə faciələrinin sayı artıb. Ümumilikdə 9 tələbə zəhərləndi. Biri qida, biri dəm qazı zəhərlənməsindən dünyasını dəyişdi. 8 tələbə qız isə ölümün astasından döndü. Faktla bağlı istintaq işi aparıldığından dəqiq açıqlama hələ ki, verilmir. Zəhərlənmə hadisələrinin məhz qidadan baş verməsi versiyaları daha tez-tez səslənir.
Dünən də Biləcəri 5-ci Şimal küçəsində yerləşən fərdi yaşayış sahəsində bir ailənin dörd üzvü zəhərlənib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, ünvana gələn Təcili Tibbi Yardım briqadasının həkimləri evdən 11 və 16 yaşlı qızları, onların 37 yaşlı anasını və 59 yaşlı nənəsini götürüblər.
Azyaşlılar 2 saylı uşaq xəstəxanasına, ana ilə nənə isə Kiliniki Tibbi Mərkəzə çatdırılıblar.
Həkimlərlə söhbət zamanı xəstəxanaya çatdırılanlar istifadə müddəti bitmiş yağ yediklərini bildiriblər. Hazırda müalicələri davam edir.
2 saylı uşaq xəstəxanasından verilən məlumata görə, qızlara lazımi tibbi yardım göstərilib, həyatları üçün təhlükə yoxdur.
Müalicələri bitdikdən sonra yaxın günlərdə evə yazılacaqlar.
Kliniki Tibbi Mərkəzdə olan ana ilə nənə isə ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıblar.
Qusarda isə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
APA -nın şimal bürosunun verdiyi məlumata görə, şəhərin Ləzgi Nemət küçəsi, 135 ünvanında yaşayan Əhmədovlar ailəsində 3 nəfər dəm qazından zəhərlənərək Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 42 yaşlı Elnarə Əhmədova və 2 oğlu - 10 yaşlı Rəfael və 5 yaşlı Eduard Əhmədovlara müvafiq tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Zəhərlənmələrə nə səbəb olur? Səbəb istifadə müddəti bitmiş qidalardısa, niyə satışdadır? Ümumiyyətlə, satışdakı ərzaqların keyfiyyətini, istifadə müddətinin bitib-bitmədiyini yoxlayan bir qurum varmı?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Şərq”ə açıqlamasında 22 ildir bu problemlərin içində olduğunu dedi:
“22 ildir istehlakçıların hüquqlarının qorunması ilə məşğulam və bu illər ərzində gəldiyim qənaət budur ki, Azərbaycanda istehlakçıların hüquqları, qida təhlükəsizliyi qanunları yox, Lomonosovun “maddələrin yox olması” qanunu işləyir. İstifadə müddəti bitmiş ərzaqlar verilir distribütora, onlar da istehsal tarixini dəyişir və təkrar satışa göndərir. Keyfiyyətsiz malların məhv edilməsi prosesinə indiyədək məni cəmi iki dəfə dəvət ediblər, o da şokolad və siqaretlər olub. Halbuki, bəlkə də hər gün tonlarla mal və məhsul yığılıb məhv edilməlidir. Həm də şəffaf şəkildə. İctimai təşkilatlar və KİV-in iştirakı ilə. Mən indiyədək görməmişəm ki, sənaye üsulu ilə istehsal edilmiş hansısa mal pislənsin, keyfiyyət göstəricilərinin aşağı olduğu bildirilsin. “Hər şey əladır, hər şey yüksək keyfiyyətlidir”. Əminəm ki, tələbə qızların zəhərlənməsində də “günahkar” o qızlar olacaq. Zəhərlənməyə səbəb yiyəsiz – sahibsiz hansısa məhsulu elan edəcəklər. Bazardan alınan kartof, evdə hazırlanmış şoraba, ya da evdə saxlanma şərtinə əməl edilməmiş hansısa qida. Heç bir halda “suşi” adı çəkilməyəcək. Çünki “suşi”nin yiyəsi var. Heç bir halda hansısa restorandan sifariş edilən yeməyin adı çəkilməyəcək, çünki restoranın da sahibi var. Marketlərdə satılan mal və məhsullar da həmçinin. Dəm qazından zəhərlənmələrə gəlincə, burada da həmişə vətəndaş “günahkar”dı. Kustar üsulla hazırlanmış qaz sobaları, “İran sobaları” səbəb göstərilir. Amma deyən yoxdur ki, sovet vaxtı mərkəzləşdirilmiş istilik sistemi olan binaların niyə illərdir istilik problemi həll olunmur? Qaz idarələri niyə qaz borularını yoxlamır, niyə binaların tüstü bacaları təmizlənmir və sairə.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə