Zelenski Davosdan mesaj verdi: “Kiminsə nəticəsiz danışığa ehtiyacı yoxdur”

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ölkənin Rusiyaya qarşı davamlı müdafiə dəstəyinə ehtiyacı var. “Əgər Davos formatı Ukraynanın real ehtiyaclarını təmin edirsə, ölkəmiz orada təmsil olunacaq. Kiminsə boş siyasətə və nəticəsiz danışığa ehtiyacı yoxdur,” - deyə o vurğulayıb.

Sherg.az xəbər verir ki, Zelenski həmçinin bildirib ki, hava müdafiə raketləri, silahlar və təmir avadanlıqları hər gün tələb olunur. O, ölkədaxili vəziyyətə diqqət yetirməyin vacib olduğunu, bütün yerli və dövlət qurumlarının və enerji şirkətlərinin Ukrayna üçün səfərbər olmalı olduğunu əlavə edib.

Hazırda Kievdə bir milyondan çox insan işıqsızdır, 4 min binada isitmə problemi mövcuddur. Zelenski bütün resursların Ukrayna üçün səfərbər olunacağını bildirib.