Ukrayna rəsmiləri martın 11-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində ABŞ-dən olan həmkarları ilə danışıqlar zamanı ilk dəfə olaraq, sülh razılaşmasına nail olmaq üçün ölkə ərazisinin təxminən 20 faizindən imtina etmək barədə razılıq veriblər.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) mənbələrə istinadla məlumat yayıb.
Adı çəkilməyən bir ABŞ rəsmisi iddia edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə olaraq referendum vasitəsilə sülhə nail olmaq üçün ölkəsinin ərazisinin 20 faizini Rusiyaya verməyə hazır olduğunu bildirib.