Zelenski Körfəz ölkələrinə dəstək təklif etdi

Ukrayna Prezidenti Vladimir Zelenski İranın Körfəz ölkələrinə qarşı cavab hücumları fonunda BƏƏ və Qətər liderləri ilə danışdığını açıqlayıb.

Sherg.az-ın məlumatına görə, Zelenski bildirib ki, Ukrayna İran istehsalı olan “Shahed” PUA-larına qarşı müdafiə sahəsində ixtisaslaşıb və hücuma məruz qalan ölkələrə bu istiqamətdə ekspert dəstəyi göstərə bilər.

Zelenski vurğulayıb ki, belə əməkdaşlıq Ukraynanın öz müdafiə qabiliyyətini zəiflətmədən həyata keçirilə bilər. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi davam edir və əsas prioritet Ukrayna vətəndaşlarının təhlükəsizliyidir.