Zelenski: Kütləvi hücum 12 saatdan çox davam edib
Yusif Nəzərli
08:14 28.09.2025
Gündəm
393
40 nəfər yaralanıb, Kiyevdə isə aralarında 12 yaşlı qızın da olduğu dörd nəfər həlak olub
Rusiya qüvvələri ötən gecə Ukraynaya təxminən 500 pilotsuz uçuş aparatı və 40-dan çox raket, o cümlədən “Kinjal” hipersəs raketləri ilə hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında yazıb.
Ukrayna lideri qeyd edib ki, kütləvi hücum 12 saatdan çox davam edib və əsas hədəflər Kiyev, Zaporojye, Xmelnitski, Sumı və Odessa olub. Zərbələr nəticəsində aralarında uşaqların da olduğu azı 40 nəfər yaralanıb, Kiyevdə isə aralarında 12 yaşlı qızın da olduğu dörd nəfər həlak olub. Paytaxtda Kardiologiya İnstitutunun binasına ziyan dəyib.
Zelenski bildirib ki, düşmən çörək istehsalı müəssisəsi, avtomobil rezin zavodu, fərdi və çoxmənzilli evlər və digər mülki infrastruktur obyektlərini atəşə tutub:
"Bu hücum faktiki olaraq BMT Baş Assambleyası həftəsinin tamamlanması ilə eyni vaxta təsadüf etdi və Rusiya bu hücumla öz həqiqi mövqeyini göstərdi. Moskva döyüşməyə və öldürməyə davam etmək istəyir. Onlar dünyanın ən sərt təzyiqinə layiqdir. Kremldə enerji satışından gələn vəsait olduğu və kölgə donanması fəaliyyət göstərdiyi müddətdə bu müharibə və terroru davam etdirmək onlara sərf edir. Biz Rusiyanı qazanmaq imkanlarından məhrum etmək və onu diplomatiyaya məcbur etmək üçün cavab zərbələri endirməyə davam edəcəyik. Sülh istəyən hər kəs Prezident Trampın səylərini dəstəkləməli və Rusiya idxalını tamamilə dayandırmalıdır".
O əlavə edib ki, Ukrayna ABŞ-nin, Avropanın, “Yeddiliyin” və “İyirmiliyin” qəti reaksiyasına ümid edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
17:46 21.04.2026
Gündəm