Ukrayna müharibəsinin gedişində danışıqlar mərhələsinə keçid başlayır və Rusiya bu prosesə güc mövqeyindən yanaşır.
Sherg.az xəbər verir ki, bunu Rusiya Xarici və Müdafiə Siyasəti Şurasının üzvü Aleksandr Kazakov deyib.
Onun sözlərinə görə, ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Moskva və Kiyevə səfərləri danışıqların yenidən gündəmə gəlməsi ilə nəticələnib. Kazakov hesab edir ki, Rusiya hazırda diplomatik baxımdan 2022-ci ilin yazındakı kimi üstün mövqedədir.
Politoloq Ukraynanın qarşıdan gələn qışı çətin keçirəcəyini iddia edib:
“Biz danışıqlara mütləq güc və üstünlük mövqeyindən daxil olmuşuq. Hazırda da eyni mövqedəyik. Ukrayna qışı keçirə bilməyəcək”.
Kazakovun fikrincə, Ukrayna rəhbərliyi müharibənin davam etdirilməsi barədə açıqlamalar versə də, Kiyev daxilində vəziyyət fərqlidir. O, Volodimir Zelenskinin əsas məqsədlərindən birinin ABŞ-dan şəxsi təhlükəsizlik zəmanəti almaq olduğunu bildirib.
Politoloq həmçinin Zelenskinin payızda ölkədən getməyə hazırlaşa biləcəyini iddia edib.
Kazakovun sözlərinə görə, Ukrayna rəhbərinin qarşısında ciddi daxili təzyiq var və o, Moskvanın şərtlərinə razılaşacağı təqdirdə radikal qüvvələrin reaksiyasından ehtiyat edir.
Ekspert hesab edir ki, bu payız Ukrayna münaqişəsinin gələcəyi baxımından həlledici ola bilər.