Zelenski: Ukrayna ABŞ-dan cəmi 100 milyard dollar həcmində yardım alıb
Yusif Nəzərli
17:22 05.11.2025
Gündəm
137
Ukrayna Prezidenti Volodimir Zelenski Birləşmiş Ştatlarla borcun on nəsil ukraynalılar tərəfindən ödəniləcəyi barədə müqavilə imzalamayacaq. Ona görə də ABŞ lideri Donald Trampla dialoq lazımdır.
“Əgər bu gün ABŞ deyirsə, biz sizə yardım edəcəyik, ancaq siz bunu ABŞ üçün qazancla qaytarmalısınız - bu, razılaşmadır. Bu müqavilə qrant deyil. Bu, yeni razılaşmadır. Mən də dedim ki, belə bir dialoqa hazıram”.
AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsinin başlanmasının üçüncü ildönümünə dair mətbuat konfransında söyləyib.
Prezident belə bir dialoqun müsbət olacağına əminliyini ifadə edib.
Zelenski, həmçinin Ukraynanın ABŞ-dan 100 milyard dollar həcmində yardım aldığını açıqlayıb. Eyni zamanda, rəsmi Kiyev qrantları Vaşinqtona qaytarılmalı olan borclar kimi tanımağı planlaşdırmır.
Qeyd edək ki, bir müddət öncə Prezident Donald Tramp müharibə dönəmində ABŞ-ın Ukraynaya 350 milyard dollar həcmində yardım etdiyini açıqlamışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol
Azərbaycan lideri Trinidad və Tobaqo Prezidentini təbrik edib
11:15 31.08.2026
Gündəm