Zəngəzura qarşı “Qarabağ hərəkatı” – Münaqişə Ermənistan ərazisinə keçə bilər
Yusif Nəzərli
08:27 28.03.2025
Gündəm
434
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, Nikol Paşinyan Ermənistanda “Qarabağ hərəkatı”nın artıq davam etməməli olduğunu deyib. Amma o Azərbaycandan da eyni yanaşmanı sərgiləməyi gözlədiklərini bildirib. Baş nazir bununla nə demək istəyir?
- Ermənistan tərəfinin reallığa, həqiqətə çatması üçün uzun yolları var. Uzun müddət qeyri-real siyasi mühitdə yaşadıqlarına görə, yeni situasiyanı dərk etmələri üçün zaman lazım olacaq. Azərbaycan tərəfi isə danışıqlarda, siyasi gündəmdə real məsələləri ortaya çıxarır. Məqsəd odur ki, normal qonşuluq siyasəti formalaşdırmaq mümkün olsun, Ermənistan və onun elitası hansısa kənar xarici qüvvələrin alətinə çevrilməsin. Bakı bunun üçün zəmanət istəyir. Paşinyan da çalışır ki, özlərinə sərf edən mövzuları gündəmə gətirsin. Sözsüz ki, onun dedikləri hansısa bir mərhələni əhatə edir. Amma bütün hallarda bunu müsbət istiqamətdə gedən proses kimi də dəyərləndirmək olar. Bütün bunlara rəğmən Azərbaycanın Zəngəzurla bağlı mövqeyi tarixi ədalətə əsaslanır. İrəvanın isə Qarabağ “mövzu”sunu indiki halda gündəmə gətirməsi özlərinə bəraət qazandırmaq cəhdidir. Bu isə daha çox Ermənistan daxilindəki diskussiyanın hansı şəkildə inkişafı ilə bağlıdır.
- Qərbi Azərbaycanla bağlı mövzunu isə Paşinyan fərqli şəkildə izah etməyə çalışıb. İddia edib ki, bu konfliktin məntiqinin Azərbaycan ərazisindən Ermənistana ixracıdır. Bunu necə izah etmək olar?
- Əslində, Paşinyan iddia edir ki, Azərbaycan konflikti öz ərazisindən Ermənistan ərazisinə keçirmək niyyətindədir. Keçmiş Qarabağ münaqişəsi bölgəni idarə etmək üçün bir vasitə idi. Bu isə Azərbaycan ərazisində baş verirdi. İndi isə Azərbaycan müzakirə zonasını sərhəddə və Zəngəzura keçirib. Hazırda Qarabağı 5 nəfər yada salırsa, 15 nəfər də Zəngəzurdan danışır. İrəvan də indi bunu özü üçün təhlükə hesab edir. Azərbaycanın isə bu məsələdə mövqeyi çox sadədədir.
- Burada üçüncü tərəflərin təsiri haqqında nə demək olar?
- Məntiq də elə bundadır. Əgər kənar qüvvələr bölgədə münaqişənin bitməsini, sülhün olmasını istəmirsə, bu proses Ermənistan ərazisində olmalıdır. Bu çox sadə bir yanaşmadır. Bəziləri Azərbaycanın siyasi, diplomatik sahədə hücuma keçməməsini iddia edirdi. Amma zaman bir daha göstərdi ki, ən yaxşı müdafiə hücumdur. Paşinyan da deyəsən bunu anlamağa çalışır.
- İrəvan ATƏT-in Minsk Qrupunun buraxılması üçün Bakı ilə müzakirələrə hazır olduğunu qeyd edib. Tərəflərin birgə müraciəti əsasında yaxın zamanlarda Minsk Qrupunun buraxılması ehtimalını necə dəyərləndirirsiniz?
- Minsk Qrupu ilə bağlı yanaşma tamam fərqlidir. Bəziləri elə başa düşür ki, Ermənistan buna razılıq verməsə, Minsk Qrupu zorla Azərbaycana nəsə elətdirə və yaxud fəaliyyətini davam etdirə bilər. Əslində vəziyyət belə deyil. ATƏT-in qaydalarına uyğun olaraq Minsk Qrupu konsensus əsasında fəaliyyət göstərib. Vaxtilə Azərbaycan Minsk Qrupunun yaradılmasına razılıq vermişdi. Onlar dəvət edilmişdi ki, münaqişənin həlli ilə bağlı vasitəçilik etsin. İndi isə bu qurum lazım deyil. Çünki 30 ilin təcrübəsində onların heç bir müsbət fəaliyyətinə rast gəlinməyib. Azərbaycan bu təşkilatın üzvü olaraq hüququ var ki, konkret qərarlar qəbul etsin. Artıq rəsmi Bakı Minsk Qrupunundan imtina edib və maliyyələşməni də kəsib. Ermənilərin bu mövzuya dair “hə” deyib-deməmələri heç nəyi dəyişmir. Bu siyasi bir mövqedir. Bütün hallarda Minsk Qrupu bundan sonra fəaliyyət göstərə bilməz. Azərbaycan Minsk Qrupunun fəaliyyətinə veto qoyub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Həmzət ona 1 milyon təklif etdi: Yeri de, döyüşək!
03:23 08.10.2026
İdman
Ağ Ev Pentaqona İrana zərbələrlə bağlı tapşırıq verdi
02:46 08.10.2026
Son dəqiqə
Tramp FTB-ni həyat yoldaşı və oğlunu izləməkdə ittiham edib
01:21 08.10.2026
Aktual
Qətər sahillərində tankerə zərbə endirildi
00:59 08.10.2026
Gündəm
KİV: İran və ABŞ arasında vasitəçilik səyləri dalana dirənib
00:20 08.10.2026
Aktual
Əgər mənə Nobel mükafatını verməsələr... - Tramp
22:39 07.10.2026
Dünya
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
22:02 07.10.2026
Hadisə
Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq
21:37 07.10.2026
Cəmiyyət
Litva Kalininqrad sərhədinə ordu yerləşdirmək istəyir
21:20 07.10.2026
Dünya
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:40 07.10.2026
Hadisə
Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
20:31 07.10.2026
Sosial
Prezident Messidən danışdı: İnanılmazdır!
20:23 07.10.2026
Futbol
Zelim Tçkayev: Rəqibim güclü idi, heç bir bəhanə yoxdur
20:12 07.10.2026
İdman
Rusiya Çerniqova hücum etdi: 18 ölü, 55 yaralı
20:04 07.10.2026
Gündəm
Ukrayna beş fərqli atəşkəs formatı üzərində işləyir
19:40 07.10.2026
Dünya