
1 qramı 4500 lirədir: Yeyilə bilən qızıl hazırlayıb satır
Yusif Nəzərli
09:17 20.04.2025
Hadisə
502
Türkiyənin Bursa şəhərində bir qızıl istehsalçısı, yeyilə bilən qızıl hazırlayıb. Toz halına salınmış bu qızılın qramı 4500 lirəyə satılır və bir çox xəstəliklərə müsbət təsir etdiyi bildirilir.
Sherg.az xəbər verir ki, Bursada yaşayan qızıl istehsalçısı Əkrəm Filiz, qızılın içindəki zərərli birləşmələri ayıraraq onu yeyilə bilən hala gətirib.
Hazırladığı qızıl tozuna Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyindən əlavə qida əlavəsi olaraq təsdiq alan Filiz, qızılın tərkibindəki mineralların bir çox xəstəliyə yaxşı gəldiyini bildirib.
Filiz bildirib ki, toz halındakı məhsulda 24 karat qızıldan başqa heç bir qatqı maddəsi yoxdur. Tamamilə saf qızıldan hazırlanan məhsulun 1 qramı 4500 lirəyə satılır.
Şirniyyatlarda və yeməklərdə istifadə olunur

24 karat qızıldan başqa heç bir maddə istifadə etmədiyini vurğulayan Əkrəm Filiz deyib:
“Məhsulumuzu ən az 1 qram olaraq satırıq. Qızılın formasını dəyişdirərək onu suda həll olan toz halına gətiririk. Heç bir rəngləndirici və ya dadlandırıcı istifadə etməmişik. 24 karatlıq 1 qram məhsulun hazırkı qiyməti 4500 lirədir, amma qızılın məzənnəsindəki dəyişiklik məhsulun qiymətinə də təsir edir.”
Suyla qarışdırılıb gündə 5 damla şəklində istifadə edildikdə təxminən 20 gün kifayət etdiyini bildirən Filiz əlavə edib:
“İstəyənlər bu tozu yeməklərinə və ya desertlərinə əlavə edə bilərlər. Qızıl dünyanın ən keyfiyyətli minerallarından ibarət olan bir metaldır.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm
Azərbaycan XİN Polşaya başsağlığı verdi
12:50 10.11.2026
Siyasət