Daxili İşlər Nazirliyi Metronun “Neftçilər” stansiyasının platformasında özünü qatar yoluna atan şəxs barədə məlumat yayıb.
DİN-dən bildirilib ki, dekabrın 11-də saat 18 radələrində metronun “Neftçilər” stansiyasının platformasında bir nəfər özünü qatar yoluna atıb.
Bu zaman orada olan DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən dərhal görülmüş tədbirlərlə həmin şəxs qatar yolundan çıxarılıb.
Onun Masallı rayon sakini V.Əzimov olması müəyyən edilib.