Yasa gedənlər dəhşətli qəzaya düşdü: Ölənlərin adları bilindi - (YENİLƏNİB)

Şirvanda baş verən yol qəzasında ölənlərin adları məlum olub.

APA-nın xəbərinə görə, bunlar Salyan rayon Marışlı kənd sakini, 1977-ci il təvəllüdlü Zeynalova Pərvanə Saleh qızı, Tərtər rayon sakinləri - 1957-ci il təvəllüdlü Zeynalova Zöhrə Oruc qızı, 1953-cü il təvəllüdlü Dadaşova Eyzangül Kərəm qızı və 1985-ci il təvəllüdlü Şamilov Qadir Cəfər (sürücü) oğludur.


10:55

Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın məlumatına görə, hadisə Şirvanın girişində qeydə alınıb.

“Hyundai” markalı, 90 OT 031 dövlət nömrə nişanlı avtomobil şəhərin girişindəki beton lövhəyə çırpılıb. 

Qəza nəticəsində dörd nəfər ölüb. Ölənlərin üçü qadın, biri kişidir. Tərtər sakini olan həmin şəxslər Şirvana yas mərasiminə gəliblərmiş.