“17 yaşlı oğlanın intiharı toplumun faciəsidir” - Psixoloqdan "diaqnoz"
Fidan Həmişəyeva
15:19 24.09.2020
Hadisə
977
“Sanki beyinlərimiz kodlaşdırılıb və bu kod altında xoşbəxtlik anlayışımıza uyğun olaraq həyatımızı yaşayırıq”
“Həyatımızda hər hansı bir hadisə bu kodlara cavab verməyəndə cəmiyyət tərəfindən qınaq obektinə çevrilir”
“Təbii ki, cəmiyyətimizin belə düşüncələrə sahib olma səbəbkarı yaşadığımız ailə və ətrafımızdır”
Bakının Xətai rayonunda 17 yaşlı oğlan intihar edib. Hadisə dünən saat 07:30 radələrində baş verib. Fərid Cəbiyev özünü mənzilinin eyvanından asıb. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda gənci intihara sövq edən səbəblər araşdırılır.
Yeniyetmələrin intiharına dair “Sherg.az”a danışan psixoloq Fərqanə Mehmanqızı bildirib ki, şagirdlərin intiharı illərdir ki, tendensiya olaraq davam edir. Psixoloq vurğulayıb ki, hər il imtahan nəticələri bəlli olanda uğursuz nəticə əldə edən abituriyentlər intihar edirlər:
“Hələ bizə və mətbuata bəlli olmayan ölüm halı var. Sözügedən intihar hadisəsi yeniyetməliyin və toplumun faciəsidir. Çünki bizim toplumun xoşbəxtlik pillələri var. Məktəbi bitirmək, universitetə daxil olmaq, ailə həyatı qurmaq, oğlanların əsgərliyə getməsi, yaxşı iş, maşın, ev, toy və.s. Sanki beyinlərimiz kodlaşdırılıb və bu kod altında xoşbəxtlik anlayışımıza uyğun olaraq həyatımızı yaşayırıq. Həyatımızda hər hansı bir hadisə bu kodlara cavab verməyəndə cəmiyyət tərəfindən qınaq obektinə çevrilir, sevilməyən obraza dönür və ailədaxilində də “qüsurlu” insan hesab edilirik. Təbii ki, cəmiyyətimizin belə düşüncələrə sahib olma səbəbkarı yaşadığımız ailə və ətrafımızdır. Beynimizə yeridiblər ki, məktəbi bitirib mütləq universitetə daxil olmalıyıq. İstənilən nəticə əldə olunmadığı təqdirdə isə faciə baş verir”.
F.Mehmanqızı qeyd edib ki, onsuz da yeniyetməlik psixoloji olaraq həssas dövrdür:
“Həssas və travmalı uşaqlar da intihara əl atırlar. Bəzən diqqət cəlb etmək, hədə gəlmək və danlanmamaq üçün belə edirlər. Amma yenə də bunların hər birinin təməlində ailədən çəkinmək dayanır. Ailə də cəmiyyətə görə belə reaksiya verir. Valideyn düşünür ki, “Övladım universitetə daxil olsun, qonşunun uşağı da universitetdə oxuyur”. Beləliklə aqressiya və ittihamlar başlayır”.
Psixoloqun qənaətincə, məktəb psxioloqlarının və Təhsil Nazirliyinin üzərinə böyük məsuliyyət düşür:
“Ən azı 10-11ci siniflərdə psixoloqlar yeniyetmələr və onların ailəsi ilə mütəmadi olaraq görüşməlidir. Şagirdlərin hansı ixtisasa sahib olmaq istəyi, hədəfləri barədə söhbətlər aparılmalıdır. Əminəm ki, bu görüşlər effekt verəcək. Universitetə daxil olmaq hər zaman mümkündür. Valideynlər bu faktı başa düşsələr, uğurlu nəticə əldə etmiş olarıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat