Dəhşət! -Körpəsini tualet kağızı ilə boğdu 

Yaponiyada ailəsindən gizli hamilə qalan bir qadın tualetdə dünyaya gətirdiyi körpəsini paytaxt Tokio hava limanında tualet kağızı ilə öldürüb. 
"Sherg.az" "Ntv.com"a istinadən xəbər verir ki,  23 yaşlı Koyuri Kitai adlı qadın təyyarə Tokio hava limanına endikdən sonra sancılanıb. 

Nə edəcəyini bilməyən Koyuri hava limanının tualetində tualet kağızı ilə körpəsini boğub. Daha sonra ölən körpəsini parkda dəfn edib. 

Koyuri məhkəmədə hamiləliyini ailəsindən gizlətdiyini, buna görə də körpəsini tualetdə öldürdüyünü söyləyib. Günahı sübuta yetiriləcəyi təqdirdə mühakimə olunan qadın 5 il həbs cəzası ilə üzləşəcək.
 
Yegane Bayramova