Cəlilabadda həbsdən yeni çıxan şəxs həmkəndlisini qətlə yetirib


Cəlilabad rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə bu gün rayonun Sabirabad kəndində qeydə alınıb.

Belə ki, həmkəndlilər Heydərov Akif Kərəm oğlu və 1999-cu il təvəllüdlü Əliyev Vüsal Möhübbət oğlu mübahisə ediblər. Nəticədə Heydərov Akif sonuncunu bıçaqla qətlə yetirib.

Məlumata görə, A.Heydərov bıçaqlanmaya görə həbsdə olub və yenicə azadlığa çıxıb. O, hadisəni törədən zaman içkili olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

18:10
Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə bu gün rayonun Sabirabad kəndində qeydə alınıb.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.