Bakıda gənc oğlanı avtomobil vurub


Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Rəsulov Xəyal Mübariz oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol saidin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.