Bakıda küçədə yeni doğulmuş körpənin çürümüş meyiti aşkarlandı

Bakının Sabunçu rayonu ərazisində yeni doğulmuş körpənin çürümüş meyiti aşkarlanıb.

Trend-in məlumatına görə, çürümüş meyiti küçədə rayon sakini görüb və bu barədə polisə məlumat verib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanıb.