Yevlaxda 49 yaşlı qadın intihar edib

Yevlax rayonunda 49 yaşlı qadın intihar edib.
“Report” xəbər verir ki, hadisə Gülövşə kəndində qeydə alınıb.
Belə ki, Yevlax rayon sakini, 1973-cü il təvəllüdlü R.Cəfərova yaşadığı evin həyətində olan yardımçı tikilidə özünü asıb. Hadisənin səbəbi hələ ki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.