Bakıda yol qəzası olub, hərəkət çətinləşib

Bakıda yol qəzası olub, hərəkət çətinləşib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Abbasqulu ağa Bakıxanov küçəsi - Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib.

Bu səbəbdən həmin istiqamətdə sıxlıq müşahidə olunur.