Bakıda məktəbli bıçaqlandı

Bakı şəhərində şagird bıçaqlanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə Nizami rayonu Əzim Əzimzadə küçəsində qeydə alınıb. 
Belə ki, Nizami rayonu 214 nömrəli məktəbin XI sinif şagirdi dərsdən sonra şəxsi münasibətlər zəminində bıçaqlanıb. 
Hadisə şahidləri tərəfindən təcili tibbi yardım avtomobili çağırılıb və zərərçəkən xəstəxanaya aparılıb.
Şagirdi bıçaqlayan şəxs saxlanılıb və araşdırma aparılır.