Salyanda qatar kişini vurub

Sayan rayonunda qatar kişini vurub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Xurşud kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan, təxminən 40 yaşlı kişi dəmir yolun keçərkən qatar onu vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.