Xacmazda kişini elektrik cərəyanı vurub öldürüb

Xaçmaz sakinini elektrik cərəyanı vurub.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Hülövlü kəndində baş verib.

Belə ki, rayon sakini, 1988-ci il təvəllüdlü Asif Bədəhməd oğlu Qasımov torpaq sahəsini suvarmaq üçün yerdən su çıxaran qurğunu işlədən zaman yüksək gərginlikli elektrik xəttinə toxunub.

A. Qasımov cərəyan vurması nəticəsində hadisə yerində ölüb.

Mərhumun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.