Qida borusu olmadan doğulan  körpə əməliyyat olundu, SONRASI...

Samsunda qida borusu olmadan doğulan  körpənin qida borusu cərrahi yolla 3 santimetrdən 15 santimetrə qədər çıxarılıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Murat (27) və İlknur (26) Kaya cütlüyünün ilk körpələri Erva Kaya qida borusu olmadan dünyaya gəlib.

Sonu ölüm görünən vəziyyət qarşısında  ailə mütəxəssisi Dr. Ayşe Bahar Ədirnəyə ulaşıb. Uzm. Dr. Ədirnə də körpənin 3 santimetrlik qida borusunu əməliyyatla 15 santimetrə çıxararaq körpənin həyatını xilas edib.

Əməliyyatı gerçəkləşdirən  Ədirnəli Dr. doğum zamanı aparılan  müayinələrdə körpənin qida borusunun təsbit edilmədiyini ifadə edərək, ''Mində bir hadisə olsa da rastlaşırıq. Bu vəziyyət əməliyyat tələb edir, edilməzsə sağ qalma şansı yoxdur.'' deyə həkim bilritib.

Körpənin anası İlknur Kaya bunları deyib: 


- Uşağımız dünyaya gələndə qida borusu olmadığı müəyyən olundu. Bu zaman  həkimimiz Bahar xanımla görüşdük. O,  bizə yol göstərdi. Müalicə kursunu təsvir etdi. Təbii ki, asan şeylər yaşamadıq. Uşağımızdan 25 gün ayrı qaldıq. Çətin bir proses idi, amma şükürlər olsun ki, biz bunun öhdəsindən böyük müvəffəqiyyətlə çıxdıq.

Turan Can