Şəmkirdə 15 yaşlı qız intihar edib

Şəmkir rayonunda 15 yaşlı qız intihar edib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 2007-ci il təvəllüdlü L.Məmmədli yaşadığı evin həyətində özünü asıb.

Hadisənin səbəbləri hələ məlum deyil.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.