37 yaşlı kişi evinin həyətində özünü asdı

Xaçmazda yerli sakin intihar edib.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Gödəkli kəndində baş verib.
Belə ki, 1985-ci il təvəllüdlü Hacımətov Mehralı Hacımət oğlu yaşadığı evin həyətində özünü asıb.
Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
İntiharın səbəbi hələ məlum deyil.
Hadisə ilə bağlı araşdırma aparılır.