Bakı metropolitenində insident: Sərnişinin halı pisləşdi

Metronun Nəriman Nərimanov stansiyasında sərnişinin halı pisləşib.
Oxu.Az xəbər verir ki, 1979-cu il təvəllüdü Səranə adlı xanım bir anda özünü pis hiss edib.
Metropoliten əməkdaşları və metro polisi tərəfindən xanıma ilkin yardım göstərilib.
O, özünü yaxşı hiss etdikdən sonra yoluna davam edib.