Azərbaycanda özünü asan nazirlik əməkdaşı ilə bağlı MƏLUMAT - YENİLƏNİB

Ötən gün Gəncədə intihar hadisəsi baş verməsi ilə bağlı məlumat yayılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Təbriz Süleymanov Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı olub.
1999-cı il təvəllüdlü Təbriz Süleymanov Gəncədə “Avtozavod” adlanan ərazidə yaşadığı evdə özünü asaraq intihar edib. Təbrizin subay olduğu bildirilib. 
Qeyd edək ki, intiharın hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.
09:20
Gəncədə intihar hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Gəncə şəhər sakini 1999-cı il təvəllüdlü Təbriz Süleymanov yaşadığı evdə özünü asaraq intihar edib.
Onun Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olduğu bildirilir.