Bakıda iki məhkum öldü

Bakıda daha iki məhkum ölüb.
Lent.az-ın məlumatına görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. 
Orada müalicə alan məhkumlar - Natiq Mehdiqulu oğlu Məmmədov və Asim Qasım oğlu Məmmədov vəfat ediblər.
Onların xəstəlikdən öldüyü bildirilir.