“Mənimlə ölməyə hazırsan?  - Sevgililər əl-ələ verib özlərini qayadan  atıblar

Türkiyənin Tekirdağ bölgəsində Mehlika Derici və sevgilisi Selçuk Çetiner əl-ələ verib qayadan özlərini atıblar. 

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Çerkezöy rayonunda gözəllik salonunun sahibi Mehlika Derici və sevgilisi Çorlu rayonunda fermer işləyən Selçuk Çetiner dünən axşam saatlarında Marmaraereğlisi rayonundakı restoranda dostlarının ad günü şənliyinə qatılıblar.

Burada spirtli içki qəbul edib əylənən Derici və Çetiner daha sonra iki dostu ilə birlikdə rayonun Aşiqlər  təpəsinə gediblər.

İddiaya görə, daha əvvəl qısqanclıq zəminində mübahisə edən Derici ilə Çetiner arasında yenidən mübahisə düşüb.

Mübahisə  zamanı Səlcuq Çetiner “Mənimlə ölməyə hazırsan?” deyib. 
Bundan sonra  Çetiner zorla Dericinin qolundan tutaraq birlikdə uçuruma atılıblar. Təxminən 25 metr hündürlükdən yerə düşən Derici və Çetiner hadisə yerində həyatını itirib.

Hadisəni görənlərin xəbəri üzərinə polis, sağlamlıq və xilasetmə qrupları bölgəyə sövq edilib.

Polis Derici və Çetinerin mobil telefonlarını ələ keçirərək hadisə ilə bağlı geniş araşdırmaya başlayıb.

Turan