Azərbaycan Dövlət Televiziyasının (AzTV) operatoru Fariz Babayev qəfil vəfat edib.
Oxu.Az xəbər verir ki, Fariz Babayev məzuniyyətdə olarkən dünyasını dəyişib.
İlkin məlumata görə, o, Günəşli qəsəbəsindəki evində vəfat edib. F.Babayevin sabah Şamaxı rayonunda torpağa tapşırılacağı gözlənilir.
1983-cü il təvəllüdlü F.Babayevin hansı səbəbdən vəfat etdiyi hələ ki məlum deyil.
Fariz Babayev evli idi və üç yaşlı bir övladı var.