Yevlaxda iki minik maşını toqquşub: 1 nəfər ölüb,1 nəfər yaralanıb

Yevlaxda iki minik maşını toqquşub.

Trend xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Qəza nəticəsində 1 nəfər ölüb,1 nəfər yaralanıb.

Ağır yol qəzası zamanı zərbənin gücündən minik avtomobillərindən biri hissələrə ayrılıb. Qəza zamanı 60 yaşlı Yevlax rayon sakini Elzamin Məmmədov dünyasını dəyişib. 36 yaşlı Sənan Mirzəyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.