İndoneziyada zəlzələ qurbanlarının sayı 300-ü keçdi


İndoneziyada baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 310-a çatıb.
Rəsmilərin məlumatına görə, təbii fəlakət nəticəsində 24 nəfər itkin düşüb, mindən çox yerli sakin xəsarət alıb.
Təbii fəlakətin nəticələrinə görə 7 mindən çox insan hələ də öz evlərinə qayıda bilmir.
Zəlzələnin episentri ölkənin paytaxtı Cakartadan 74 km cənub-şərqdə yerləşib.
İndoneziya Sakit okean hövzəsində qırılma xətləri səbəbindən tez-tez zəlzələlər, vulkan püskürmələri və sunamilərlə qarşılaşır. 2004-cü ildə baş verən güclü zəlzələ və sunami təxminən 230 000 insanın həyatına son qoydu.
Mənbə: Reuters