Türkiyədə sərnişin avtobusu aşıb: 33 yaralı var - FOTO/VİDEO

Türkiyənin Diyarbəkir vilayətində sərnişin avtobusu aşıb.
Nəticədə 33 sərnişin yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır.
Hadisə yerinə çox sayda xilasetmə, tibbi və təhlükəsizlik qüvvələri sövq edilib. Yaralılar şəhərin müxtəlif xəstəxanalarına aparılıblar.
Avtobus sürücüsünün sözlərinə görə, qarşısına çıxan maşınla toqquşmamaq üçün sükanı döndərib və qəza da bu zaman torpağın çökməsi nəticəsində baş verib.